
İsrail hərbçiləri 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında və İordan çayının qərb sahilində ümumilikdə 108 fələstinli jurnalisti həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Məhbuslara və İnsan Haqlarına Dəstək Assosiasiyasına istinadla məlumat yayıb.
Assosiasiyanın məlumatına görə, İsrail ən azı 58 fələstinli media işçisini həbsdə saxlayır. Onların arasında şəxsiyyətləri artıq təsdiqlənmiş altı qadın da var.
Qeyd olunub ki, ümumilikdə, münaqişə başlayandan bəri İsrail tərəfi qadın və uşaqlar da daxil olmaqla fələstinlilərin inzibati həbsinə dair 9 mindən çox əmr verib.