Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirmək üçün qanun imzaladı


ABŞ Prezidenti Co Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Gizli Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanun imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə bildirilir ki, Bayden çərşənbə axşamı “Birləşmiş Ştatların Məxfi Xidmətindən prezidentləri, vitse-prezidentləri və aparıcı prezident və vitse-prezidentliyə namizədləri qorumaq üçün lazım olan agentlərin sayını müəyyən etmək üçün vahid standartlar tətbiq etməyi tələb edən” qanunu imzalayıb.
Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Rou daha əvvəl respublikaçı Donald Trampa qarşı iki sui-qəsd cəhdindən sonra qanunvericilərdən maliyyəni əhəmiyyətli dərəcədə artırmağı xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top