
“Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişi digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişatına nəzarət etmək üçün birgə komissiyanın yaradılmasını nəzərdə tutur”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Milli Assambleyada keçirilən iclasında deyib.
Paşinyan sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.
O, müxalifətdə təmsil olunan deputatlardan birinin müvafiq sualına cavabında bildirib ki, indiki mərhələdə saziş layihəsinin mətninin açıqlanması diplomatik baxımdan düzgün olmaz.