
İran İsrailə 180-ə yaxın raket atıb, onların əksəriyyəti zərərsizləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman “Telegram” kanalında məlumat verib.
“Bu gecə İran İsrailə 180-ə yaxın ballistik raket atıb”, - deyə o, “Telegram” kanalında bildirib.
Gendelman İsrailin həm müdafiə, həm də hücum baxımından istənilən ssenariyə hazır olduğunu vurğulayıb.
“Bizə zərər vurmaq istəyən hər kəsə zərbə endirəcəyik”, - deyə baş nazirin müşaviri xəbərdarlıq edib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) isə İsrailin ən müasir və güclü hava hücumundan müdafiə sistemləri ilə mühafizə olunmasına baxmayaraq, İrandan atılan raketlərin ən azı 90%-nin hədəflərini uğurla vurduğunu bildirib. Bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat beynəlxalq hüquqa və müdafiə hüququna uyğun keçirilib.