Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərlinin bıçaqlandığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hadisə V. İsgəndərlinin yaşadığı Müluz (Mulhouse) şəhərində baş verib:
“Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar. V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir”.