İsrail Nəsrullahın öldüyü əməliyyat barədə ABŞ-yə son anda məlumat verib


İsrail hakimiyyəti ABŞ-yə “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən əməliyyat barədə son anda xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, buna cavab olaraq ABŞ-nin müdafiə naziri Lloyd Ostin qəzəblənib və Birləşmiş Ştatların bu regionda üzləşdiyi böyük risklər barədə danışıb.
“O, həmçinin Vaşinqtonun hazırlaşmağa vaxtı olmadığı yəhudi dövlətinin hərəkətlərinə mümkün cavaba işarə edib”, - telekanal bildirib.
Kanalın həmsöhbətlərindən biri qeyd edib ki, Amerika rəsmiləri israilli həmkarları ilə əlaqəni tamamilə itirsələr, ABŞ-nin Yaxın Şərqdəki maraqlarına böyük zərər dəyə bilər.

DİGƏR XƏBƏRLƏR

Top