
VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Məlumata görə, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.
İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.