Alman avtomobil markası “Mercedes-Benz” özünün iki kupeyə bənzər krossoverlərinin: GLC və GLE-nin istehsalını və satışını dayandırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə handelsblatt.com məlumat yayıb.
Nəşr bildirir ki, GLC və GLE kupe-krossoverləri bu modellərin ümumi satışlarının təxminən 10-15%-ni təşkil edir. Eyni zamanda, alıcıların böyük əksəriyyəti ənənəvi krossoverləri seçir.
Qeyd edək ki, 2026-cı ildə GLC modelinin yeni nəsli bazara çıxmalıdır. Bununla belə, avtomobil artıq kross-kupe kimi istehsal edilməyəcək.