Keçmiş müdafiə naziri Yaponiyanın yeni baş naziri olacaq


Yaponiyanın keçmiş müdafiə naziri, 67 yaşlı Siqeru İsiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.
Yeniavaz.com
xəbər verir ki, partiya daxilində keçirilən səsvermənin ikinci turunda o, 415 nəfərdən 215-nin dəstəyini alıb.
Onunla birlikdə ikinci tura çıxan Yaponiyanın iqtisadi təhlükəsizlik naziri, 63 yaşlı Sanae Takaiti cəmi 194 səs toplaya bilib.
Yaponiya qanunvericiliyinə görə, Siqeru İsiba oktyabrın 1-də ölkənin yeni baş naziri olacaq.

DİGƏR XƏBƏRLƏR

Top