Ali Koçu tənqid edən keçmiş “Fənərbağça” futbolçusu ayağından vuruldu – Foto


“Fənərbağça”nın və Türkiyə millisinin keçmiş futbolçusu, idman şərhçisi Serhat Akın naməlum şəxs və ya şəxslərin silahlı hücumuna məruz qalıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, hücum barədə sosial media hesabından məlumat yayıb.
Hadisə onun Beykozda iştirak etdiyi proqramdan çıxdıqdan sonra baş verib.
Ayağından yaralanan Akın tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Xəstəxanadan Akının səhhətinin qənaətbəxş olduğu bildirilib.
Polis hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması üçün əməliyyata başlayıb.
Digər tərəfdən, hücumla bağlı Beykoz Prokurorluğu tərəfindən istintaq başladılıb.
Sosial media hesabında paylaşdığı açıqlamada Akın, “Proqramdan sonra ayağımdan vurdular. Son sözümüz “Fənərbağça”dır”, deyib.
Qeyd edək ki, S. Akın “Fənərbağça” prezidenti Ali Koçu ən çox tənqid edənlərdən biri kimi tanınır. O, elə iştirak etdiyi sonuncu verilişdə də “Fənərbağça” rəhbərliyini tənqid etmiş, bəzi qüvvələr tərəfindən ona qarşı təxribat hazırlandığını iddia etmişdi.
Hadisədən sonra “Fənərbağça”nın rəsmi sosial şəbəkə hesabları vasitəsilə S. Akına dəstək ifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top