
“Qarabağ” UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubuna məğlub olub.
Yeniavaz.com xəbər verir ki, rəqibin meydanında keçirilən görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 7-ci dəqiqəsində “Tottenhem”də Radu Drequşin qırmızı vərəqə alıb. 58-ci dəqiqədə isə Ağdam təmsilçisinin qazandığı penalti zərbəsindən Toral Bayramov yararlana bilməyib.
“Tottenhem Hotspur” stadionunda keçirilən görüşdə qolları Brennan Conson (12), Pap Matar Sarr (53) və Dominik Solanke (69) vurub.
Ötən gün Avroliqada baş tutan digər görüşlərin nəticələri belə olub:
“Fənərbağça” – “Kral Yunion”: 2:1;
“Malmö” – “Qlazqo Reyncers”: 0:2;
“Ayaks” – “Beşiktaş”: 4:0;
“Roma” – “Atletik Bilbao”: 1:1;
“Braqa” – “Makkabi Təl-Əviv”: 2:1;
“Ayntraxt Frankfurt” – “Viktoriya Plzen”: 3:3;
“Lion” – “Olimpiakos”: 2:0;
FCSB – RFS: 4:1.