
“Hər onuncu yeniyetmə sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik səbəbindən psixi problemlər yaşayır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinadən məlumat yayıb.
“Yeni məlumatlar yeniyetmələr arasında problemli sosial media istifadəsinin 2018-ci ildəki 7%-dən 2022-ci ildə 11%-ə qədər kəskin artdığını göstərir”, - məlumatda deyilir.
Bundan əlavə, yeniyetmələrin təxminən 12% -i kompüter oyunları səbəbindən psixoloji problemlər yaşaya bilər.