
İsrail Hərbi Hava Qüvvələrinin Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində bu gün azı 51 nəfər ölüb, 223 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu rəqəmləri Beyrutda keçirilən mətbuat konfransında respublikanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad təqdim edib.
“Tibb müəssisələri təcili rejimdə işləyir, xəstəxanalar doludur, həkimlər böyük yük altındadır”, - Abyad bildirib.
Qeyd edək ki, nazirin sözlərinə görə, sentyabrın 24-də 569 nəfər İsrail hücumlarının qurbanı olub, 1,8 mindən çox insan yaralanıb, 50 uşaq və 94 qadın həyatını itirib.