Alimlər yaraları müalicə etmək üçün süni hörümçək toru yaratdı


Çinin Nankin Texniki Universitetinin alimləri dəri və oynaq zədələrini müalicə etmək üçün zülal əsasında süni hörümçək toru yaradıb.
Yeniavaz.com
xəbər verir ki, tədqiqatın nəticələri “ACS Nano” elmi jurnalında dərc olunub.
Bildirilir ki, innovativ parçanın yaradılması prosesi hörümçəklərdə torların toxunmasının təbii mexanizminin diqqətlə öyrənilməsinə əsaslanır. Alimlər özlü zülal ifrazı istehsal edən xüsusi toxuma aparatından istifadə edərək hörümçəklərin torları necə toxuduğunu izləyiblər. Tədqiqatçılar təfərrüatlı kompüter dinamikasına əsaslanaraq, belə bir zülalın strukturunu yenidən yaradıb.
Alimlər amiloid spidroin adlanan zülaldan istifadə edərək, yüksək keyfiyyətli ipək saplarını tez bir zamanda istehsal etmək üçün toxuma vəziləri dəyişdirilmiş süni hörümçəklər yaradıb. Yeni texnologiyadan istifadə edərək tədqiqatçılar bu materialı həm makro, həm də mikro miqyasda istehsal edə bildilər.
Birinci variant siçanlarda revmatoid artritin müalicəsində, ikincisi isə diabetli gəmiricilər üçün yüksək effektli yara sarğılarının yaradılmasında istifadə edilmişdir. Tədqiqatçıların fikrincə, belə sarğılar yüksək bərpaedici xüsusiyyətlərə malikdir.
Alimlər qeyd ediblər ki, süni toru insanlarda toxumaların bərpasını sürətləndirmək üçün istifadə etmək olar. Bildirilir ki, süni hörümçək ipəyinin yaradılmasına innovativ yanaşma gələcəkdə təkcə tibbdə deyil, digər sahələrdə də geniş tətbiq tapa bilər.

DİGƏR XƏBƏRLƏR

Top