Ötən il Bakı şəhərində müxtəlif məqəsədlər üçün ümumilikdə 903,1 milyon kub metr su istifadə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, suyun 71,7%-i və ya 674,6 milyon kub metrindən istehsalatda, 22%-i və ya 197,7 milyon kub metrindən isə məişətdə (içməli) istifadə olunub.
Qeyd edək ki, sudan ən çox Səbail rayonunda istifadə olunub. Bu rayonda il ərzində 337,8 milyon kub metr su istifadə olunub. Sudan ən az istifadə edən rayon isə Nərimanov rayonu olub – 15,8 milyon kub metr.
Onu da bildirək ki, nəql zamanı Bakı şəhərində suyun 2,1%-i və ya 18,7 milyon kub metri itkiyə gedib. Paytaxt rayonları arasında ən çox su itkisi Nərimanov rayonunda qeydə alınıb. Nərimanov rayonunda istifadə olunan suyun 9,5%-i itkiyə gedib.
Aşağıdakı cədvəldə istifadə olunan suyun ümumi miqdarı, həmçinin məişətdə və istehsalatda istifadə olunan suyun miqdarı və nəql zamanı qeydə alınan su itkisi göstərilib:
Elnur Əli