
Keçmiş prezident və Respublikaçılar Partiyasından ABŞ-nin ən yüksək dövlət kürsüsünə namizəd Donald Tramp hazırkı prezidentlik yarışında məğlub olacağı təqdirdə, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində yenidən seçilmək istəməyəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Full Measure” verilişinin efirində qeyd edib.
“Xeyr, namizədliyimi verməyəcəyəm. Ancaq ümid edirəm ki, uğur qazanacağıq”, - deyə Tramp müvafiq suala cavab verərkən bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.