
Türkiyə ordusunun hərbçisi şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsgər Maşallah Abakay “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla yaşanan silahlı qarşıdurma zamanı şəhid olub.
“Həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr diləyirik”, - Nazirliyin məlumatında deyilir.