
Çempionlar Liqasının ilk turunda İngiltərə çempionu “Mançester Siti” doğma meydanda İtaliya çempionu “İnter”lə mübarizə aparıb.
Yeniavaz.com xəbər verir ki, görüş qolsuz heç-heçə ilə başa çatıb.
Fransa çempionu PSJ Parisdə Kataloniya “Jirona”sını minimal hesabla məğlub edib. Yeganə qolu 90-cı dəqiqədə portuqaliyalı müdafiəçi Nunu Mendeş vurub.
Türkiyəli məşqçi Nuri Şahinin çalışdırdığı Dortmund “Borussiya”sı Belçika “Brügge”sini qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. İngiltərəli hücumçu Ceymi Bayno-Gitens dubl müəllifi olub. Qvineyalı hücumçu Seru Girasi də fərqlənib.
Şotlandiyanın “Seltik”i doğma meydanda Slovakiyanın “Slovan Bratislava”sı ilə mübarizə aparıb və 5:1 hesabı ilə qalib gəlib.
Ötən gecənin digər nəticələri isə belə olub:
“Bolonya” – “Şaxtyor Donetsk”: 0:0;
“Sparta Praqa” – “Zalsburq”: 3:0.