Livanda peycer partlaması nəticəsində ölənlərin sayı 12-yə çatdı


Livanda peycer partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beyrutda mətbuat konfransında çıxış edən ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad bildirib.
Onun sözlərinə görə, rabitə vasitələrinin partlaması nəticəsində iki uşaq həlak olub.
Nazirlik rəsmisi bildirib ki, livanlı cərrahlar 24 saatdan az müddətdə 460-dan çox əməliyyat keçiriblər.
“Tibb müəssisələrinin bütün resursları səfərbər edilib, lakin 300-dən çox xəstə reanimasiyada qalır, onların bir çoxunun vəziyyəti son dərəcə ağırdır”.
Digər tərəfdən, “The New York Times” (NYT) Livanda peycer partlaması nəticəsində xəsarət alanların çoxunun gözlərindən yaralandıqlarını xəbər verib.
Qəzetin yazdığına görə, ölkədə oftalmoloji cərrah çatışmazlığı var və xəstəxanalar gözündən, üzündən və əlindən xəsarət alan insanlarla doludur.
NYT-nin İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinə istinadla verdiyi xəbərə görə, peycerlər partlayışdan əvvəl siqnal veriblər. Bu isə çoxlarını cihazı üzünə tutmağa vadar edib.

DİGƏR XƏBƏRLƏR

Top