Qəzzada son sutka ərzində 20 fələstinli ölüb


İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər ölüb, 54 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən indiyədək İsrail təcavüzü nəticəsində ölənlərin sayı 41 min 272, yaralananların sayı 95 min 551 nəfərə çatıb”, - deyə nazirlik bildirib.
Nazirliyin məlumatına görə, bəzi zərərçəkənlər hələ də dağıntılar altındadır və təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir.

DİGƏR XƏBƏRLƏR

Top