
“Çin kriptovalyuta bazarında ABŞ-ni keçə bilər, çünki hazırkı Amerika administrasiyası bu sahəyə kifayət qədər diqqət yetirmir”.
Yeniavaz.com xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bloger Faroq Sarmad ilə müsahibəsində deyib.
“Hazırkı administrasiya kripto sənayesinə qarşı çox qarşıdır. Mənim fərqli mövqeyim var. Biz bunu etməsək, Çin edəcək. Çin hər halda bunu edəcək, amma bu sahəni öhdəmizə götürməsək, ən böyük və ən yaxşısı olmayacağıq”, - Tramp deyib.
Daha öncə Tramp seçkidə qalib gələrsə, hazırda ABŞ hökumətinin əlində olan bitkoin ehtiyatlarının 100%-ni saxlayacağını və bu kriptovalyutanın milli ehtiyatını yaratacağını vəd edib.