
“Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin 80%-ni razılaşdırıblar, İrəvan onu imzalamağı və diplomatik münasibətlər qurmağı təklif edir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə gürcü həmkarı İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında deyib.
“Təxminən iki il davam edən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə təxminən 80% razılığa gələ biliblər. Biz Azərbaycanı yaxın gələcəkdə razılaşdırılmış müddəaları imzalamağa, diplomatik əlaqələr qurmağa və qarşılıqlı əhəmiyyət kəsb edən bütün məsələlər üzrə danışıqları davam etdirməyə dəvət etdik”, - o qeyd edib.