
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 5 milyard 455 milyon 694 min dollar dəyərində 15 milyard 826 milyon 740 min kubmetr təbii qaz satıb.
Yeniavaz.com-un apardığı hesablamaya görə, təbii qazın min kub metri xarici ölkələrə 345 dollara satılıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan təbii qazın min kubmetrinin orta gömrük dəyəri 601 dollar olub.
Açıqlanan məlumatlardan da göründyü kimi, xaricə satılan təbii qazın qiyməti son bir ildə 42,6% azalıb.
Onu da bildirək ki, ixrac olunan təbii qazın gömrük dəyəri ilə bərabər midarında da azalma olub. Belə ki, ötən ilin ilk 8 ayında xaicə 17 milyard 391 milyon kubmetr təbii qaz satılıb.
Elnur Əli