İngiltərənin 2028-ci il Avropa çempionatında iştirakı qadağan edilə bilər


İngiltərə yığmasına 2028-ci ildə baş tutacaq növbəti futbol üzrə Avropa çempionatında iştirak qadağan edilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, İngiltərə futbolunda tənzimləyicinin yaranması ehtimalı ilə əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) müvafiq qərar qəbul edə bilər. Qeyd olunur ki, təşkilatın baş katibi Teodor Teodoridis İngiltərənin mədəniyyət, media və idman naziri Liza Lendiyə hökumətin futbolun idarə olunmasına müdaxiləsinin yolverilməzliyi ilə bağlı məktub göndərib. Qəzetin yazdığına görə, o, tənzimləyicilərə İngiltərənin yüksək liqalarında klublara nəzarət etmək səlahiyyətlərini verməkdən çəkinməyi xahiş edib və müstəqilliyi futbolun əsas tələbi adlandırıb.
“The Times” yazır ki, əks halda UEFA sanksiyalar tətbiq edə bilər ki, bunun da ən böyüyü milli federasiyanın qovulmasıdır. Nəşrin mənbəsi qeyd edir ki, əgər sərhəd “aşılırsa” UEFA tədbir görəcək. Belə olan halda İngiltərə yığması 2028-ci ildə İngiltərə və İrlandiyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək və ingilis klubları avrokuboklardan kənarlaşdırılacaq. Həmçinin, materialda xəbər verilir ki, ingilis futbolçuların 2026-cı il dünya çempionatında iştirakı sual altında olacaq.
Qeyd edək ki, mart ayında Böyük Britaniya hökuməti varlı klubların xüsusi liqalara qoşulmasının qarşısını almaq və klubları maliyyə səhvlərindən qorumaq üçün yeni bir nəzarət orqanı üçün qanun layihəsi təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top