“Ermənistan Su-30 qırıcılarla bağlı Hindistanla danışıqlar aparır”


“Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) təyyarə istehsalı korporasiyası ilə arsenalında olan Su-30 qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır”.
Yeniavaz.com
“Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.
“Hindustan Aeronautics Limited” şirkətinin köməyi ilə Su-30 qırıcı təyyarələrimizi təkmilləşdirmək imkanını nəzərdən keçiririk, çünki onun bu sahədə böyük təcrübəsi var”, - Vardanyan bildirib.
O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauhan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.
Qəzetin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın Su-30-un HAL tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib:
“Hazırda bu məsələ ilə bağlı danışıqlar gedir, lakin onlar ilkin mərhələdədir. Ermənistanın idarə etdiyi Su-30 variantı Hindistan Hərbi Hava Qüvvələrində xidmətdə olan Su-30MKI-dən fərqlənir”.
HAL Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir. Hazırda Cənubi Asiya respublikası Rusiyadan gətirilənlər də daxil olmaqla 270-ə yaxın belə maşınla silahlanıb.

DİGƏR XƏBƏRLƏR

Top