
İngiltərə nəhəngi “Liverpul” Türkiyə millisinin futbolçusu Arda Gülər üçün 70 milyon avroluq təklif etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Bildirilir ki, Kubonu “Real Sosyedad”dan 60 milyon avroya transfer etmək istəyən, lakin uğursuzluğa düçar olan “Liverpul” Güləri fasilədə və ya gələn mövsümdən əvvəl transfer etmək istəyir.
Qeyd edilir ki, “Madrid” rəhbərliyi 19 yaşlı futbolçunun həm indiki vəziyyətdə, həm də gələcəkdə böyük potensiala malik olduğuna inandıqları üçün onu əldən vermək fikrində olmadıqlarını bildirib.