Avtomobilinizi bu şirkətlərdə sığorta etdirən zaman diqqətli olun – Xəbərdarlıq


Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adları açıqlanıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, son bir il ərzində avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkəti “Bakı Sığorta” ASC olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank müştərilərin şikayətləri əsasında şikayət indeksi tərtib edib. “Bakı Sığorta”dan sonra ən yüksək şikayət indeksi “Xalq Sığorta” ASC və “”Paşa Sığorta” ASC-yə verilib. Barəsində şikayət edilən şirkətlərin sıralaması aşağıdakı kimi olub:

Onu da bildirək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top