
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların müddətini daha 6 ay uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2025-ci il martın 15-dək daha 6 ay müddətinə uzadıb”, - deyə bəyanatda qeyd edilib.
Şurada həmçinin iki şəxsə qarşı sanksiyaların uzadılmaması barədə qərar qəbul edilib. Belə ki, şuranın qərarı ilə yarışçı Nikita Mazepin və Yevgeni Priqojinin anası Violetta Priqojina qara siyahıdan çıxarılıb.