Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisya 7 dəfə artıb – Ölkələrin siyahısı


Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 2 miyard 978 milyon 189 min dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 337 min dollar azalıb.
Bu ilin ilk yarısında birbaşa xarici investisiyaların 30,7%-i (913,3 milyon dollar) Böyük Britaniyanın payına düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin ilk 10-luğu belə olub:
Böyük Britaniya – 30,7%-i (913,3 milyon dollar);
Türkiyə – 20,3% (622,5 milyon dollar);
Kipr – 12,5% (372,9 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 7,9% (236,5 milyon dollar);
İran – 6,2% (184 milyon dollar);
Yaponiya – 4,2% (124,2 milyon dollar);
Macarıstan – 3,1% (92,2 milyuon dollar);
Norveç – 2,4% (70,7 milyon dollar);
ABŞ – 2,2% (64 milyon dollar);
Rusiya – 2,1% (62,8 milyon dollar).

Onu da qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən kəskin azalma Rusiya və Niderland investisyalarında qeydə alınıb. Ötən ilin ilk yarısında Rusiya Azərbaycan iqtisadiyyatına 245,9 milyon dollar yatırdığı halda, bu ilin ilk yarısında 4 dəfə azalaraq 62,8 milyon dollara düşüb. Niderland isə ötən ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına 99 miyon dollar yatırdığı halda, bu ilin ilk yarısında bu rəqəm 5 dəfəyə yaxın azalaraq 20,5 milyon dollar olub.
Azərbaycan iqtisadiyyatına yatırılan investisyaları artıran ölkələr arasında Fransa, İspaniya, Lüksemburq, İtaliya, Finlandiya və Polşa kimi Avropa ölkələri də var.
Ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk yarısında Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı  investisya 7 dəfə artaraq 7 milyon dollara yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top