
44 günlük Vətən müharibəsi qazisi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, 1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.