
“Çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası öz işinə başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun kulminasiya nöqtəsi 24-30 sentyabr tarixlərində beynəlxalq vəziyyətə baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün dünyanın müxtəlif ölkələrindən liderləri və xarici işlər nazirlərini bir araya gətirəcək yüksək səviyyəli həftənin keçirilməsi olacaq.
Tarixi məqam Baş Assambleyanın zalında BMT-yə üzv dövlətlərin yanında yer ayrılmış Fələstin nümayəndələrinin iştirakı sayıla bilər. Bu, Baş Assambleyanın 2024-cü il mayın 10-da qəbul edilmiş qətnaməsi sayəsində mümkün olub. Fələstin Yaxın Şərq mövzularında keçirilən görüşlərdə öz nümayəndələrini məruzəçilər siyahısına daxil edə, düzəlişlər təklif edə, həmçinin bir qrup ölkə adından prosedur təklifləri verə biləcək. Eyni zamanda, Fələstin müşahidəçi dövlət statusunda qalır və beləliklə, Baş Assambleyanın iclaslarında səs vermək hüququ yoxdur və onun nümayəndələri BMT orqanlarında vəzifələr üçün namizədliyini irəli sürə bilməzlər.