Demokratlar Baydendən sonra 1 milyard dollardan çox ianə toplayıb – NYT


ABŞ-də Demokratlar Partiyası Co Baydenin yarışdan geri çəkilməsindən sonra vitse-prezident və ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki kampaniyası üçün 1 milyard dollardan çox ianə toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, Prezident Baydenin iyulun 21-də yarışı tərk etməsindən və Harrisin prezidentliyə namizəd təsdiq edilməsindən sonra “ActBlue” platforması 1 milyard dollardan çox vəsait toplayıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top