İraqda ABŞ səfirliyinin logistika mərkəzi atəşə tutuldu


ABŞ-nin İraqdakı səfirliyinin logistika mərkəzi atəşə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İraqın “Shafaq News” xəbər agentliyi məlumat yayıb.
Atışma ilə bağlı məlumat agentliyin İraq təhlükəsizlik orqanlarındakı mənbəsindən daxil olub.
ABŞ diplomatik missiyasının logistika mərkəzi Bağdad Beynəlxalq Hava Limanında yerləşir.
Hücumun mahiyyəti hələlik qeyri-müəyyən olaraq qalır. Zərbə zamanı raket və ya minaatanlardan istifadə edilib-edilmədiyi məlum deyil.
Digər hücum Terrorla Mübarizə Agentliyinin beynəlxalq hava limanının yaxınlığında yerləşən qərargahının yaxınlığında baş verib.
Qeyd edək ki, sentyabrın 7-də Vaşinqton və Bağdad beynəlxalq koalisiya qoşunlarının İraqdan çıxarılması qrafiki barədə razılığa gəliblər. Plan yüzlərlə hərbçinin 2025-ci ilin sentyabrına, qalanlarının isə 2026-cı ilin sonuna qədər çıxarılmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top