ABŞ-nin Corciya ştatındakı məktəbdə atışmada şübhəli bilinən 14 yaşlı şagird saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” Federal Təhqiqatlar Bürosunun (FTB) ştat ofisinin rəhbəri Kris Oziyə istinadla məlumat yayıb.
Bildirilib ki, yeniyetmə atışmadan dərhal sonra hüquq-mühafizə orqanlarına təslim olub və hazırda hakimiyyət orqanları ilə əməkdaşlıq edir.
Son məlumatlara görə, atışma nəticəsində 4 nəfər - iki məktəbli və iki müəllim ölüb, 9 nəfər isə yaralanıb.
Qeyd edəlk ki, ABŞ-nin Corciya ştatında Apalaçi məktəbində atışma sentyabrın 4-də səhər saatlarında baş verib. Silahlı şəxslərin təhsil müəssisəsinə hücum etmələri barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra dərhal polis və xüsusi təyinatlılar hadisə yerinə gedib. Bundan başqa, binanın yaxınlığına bir neçə təcili yardım maşını cəlb edilib.
Eyni zamanda məktəbdən şagirdlərin və əməkdaşların təxliyyəsinə başlanıb.
“The Sun” qəzetinin verdiyi məlumata görə, Apalaçidə 1900-ə yaxın uşaq təhsil alır.