“İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edir” – Netanyahu


İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının nümayəndələrini Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları pozmaqda ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərinə görə, İsrail tərəfi əvvəllər vasitəçilərin təklifləri ilə razılaşdığını bildirib, indi HƏMAS öz sözünü deməlidir.
“Mən müqavilə bağlamaq istədiyimi söylədim. Müqavilə bağlamaq üçün əsl maneə İsrail deyil, mən deyiləm, HƏMAS-dır, hərəkatın lideri Yəhya Sinvardır”, - Netanyahu mətbuata açıqlamasında deyib.
O xatırladıb ki, hələ may ayında İsrail ABŞ Prezidenti Co Baydenin Qəzzada vəziyyətin nizamlanması təklifi ilə razılaşıb, avqustda isə ölkəsi Amerika tərəfinin təqdim etdiyi vasitəçilərin yekun təklifi ilə yenidən razılaşıb. Netanyahu hər iki halda imtinanın HƏMAS-dan gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top