İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir


İsrail ordusu İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə reydlər keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında İsrail hərbçiləri Hebron, Bet-Lexem, eləcə də Əl-Azza qaçqın düşərgəsində küçələri bağlayıb və evlərə soxulublar.
Telekanalın məlumatına görə, İsrailin genişmiqyaslı hərbi əməliyyatları nəticəsində ötən həftə ən azı 33 fələstinli həlak olub.
Qeyd edək ki, İsrail qüvvələri avqustun 28-dən İordan çayının qərb sahilində reydlər keçirir. Ordu “terrorla mübarizə əməliyyatı” keçirdiyini bəyan edib. Əsgərlər yeddinci gündür ki, Cenindəki qaçqın düşərgəsini mühasirəyə alıblar.

DİGƏR XƏBƏRLƏR

Top