
Qəzza zolağında davam edən döyüşlər nəticəsində bir gündə ən azı 48 nəfər ölüb, 70 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən Qəzzada eskalasiya nəticəsində ölənlərin ümumi sayı 40 min 786, yaralananların sayı 94 min 224 nəfərə çatıb.