Qayığında telefon tapıldı – Medaldan məhrum edildi


İtaliyalı avarçəkən Cakomo Perini qayığında mobil telefon tapıldıqdan sonra Paralimpiya Oyunlarının bürünc medalından məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliya Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarış qaydalarına əsasən, qayıqda avarçəkənlərə rabitə vasitələrinin olması qadağandır.
Yarışın sonunda idmançının çantasından italiyalının təhvil verməyi unutduğu smartfon tapılıb. İtaliya Avarçəkmə Federasiyası idmançının medaldan məhrum edilməsi ilə bağlı apellyasiya şikayəti versə də, rədd cavabı alıb.
Qeyd olunur ki, federasiya qərardan Beynəlxalq Avarçəkmə Federasiyasına şikayət verməyə hazırlaşır.
Perinin nəticəsi ləğv edildikdən sonra bürünc medal avstriyalı Erik Horriyə nəsib olub.

DİGƏR XƏBƏRLƏR

Top