Rusiya hərbi məqsədlər üçün xüsusi messencer yaratdı – “İzvestiya”


Rusiya hərbi məqsədlər üçün xüsusi messencer yaradıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yeni messencerin tərtibatçılarına istinadla məlumat yayıb.
Məlumata görə, messencer mərkəzləşdirilməmiş sistemə malikdir, həmçinin serverləri və ya vahid məlumat bazası yoxdur.
Qəzetin məlmatına görə, proqram artıq döyüş meydanında istifadə olunur.
“Loktar” könüllülərindən ibarət komanda taktiki xəritələri və daxili döyüş messencerini birləşdirən proqram təminatı yaradıb. Həmçinin, sistem geoməlumatların mübadiləsinə və taktiki vəziyyət haqqında strukturlaşdırılmış məlumatların ötürülməsinə imkan verir.
“Döyüş şəraitində internetə və ya serverə çıxışı olmayan messencerin işləməsi artıq zəruri tələbdir. Biz cəbhə xəttində mövcud olan rabitə vasitələri, məsələn, radiostansiyalar və ya qapalı Wi-Fi qrupları vasitəsilə cihazlar arasında məlumatların ötürülməsini təmin etmişik”, - deyə layihə nümayəndəsi bildirib.
Layihə nümayəndəsi bunun müxtəlif rabitə kanallarında bir söhbətdə məlumat mübadiləsinə imkan verdiyini qeyd edib.
Layihə həmçinin ötürülən məlumatın növü üçün quraşdırılmış idarəetmə vasitələrini də əhatə edir ki, bu da istifadə olunan rabitə kanallarının ötürmə qabiliyyətinə uyğunlaşır və bu, kanalın tutulması risklərini minimuma endirir.
Yeni proqram “Şorox” və “Qran” smartfon-aparat (smartfon-rabitə) komplekslərinə daxil edilib. Ancaq buna baxmayaraq proqram üçüncü tərəf cihazlarda da quraşdırıla bilər.
Nəşrin məlumatına görə, layihədə Müdafiə Nazirliyinin döyüş hissələrinin, Rusiya Milli Qvardiyasının və xüsusi xidmət orqanlarının nümayəndələri də iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top