
İran prezidenti İbrahim Rəisinin vertolyotu mayın 19-da ölkənin şimalında - Şərqi Azərbaycan əyalətində duman zamanı təpə ilə toqquşaraq qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının fəlakətin araşdırılması ilə bağlı yekun hesabatında deyilir.
Bildirilib ki, helikopterin qəzaya uğramasının əsas səbəbi yaz aylarında bölgənin çətin iqlim şəraiti, yəni yüksəkliyə qalxarkən qəfil qalın duman kütləsinin əmələ gəlməsi və helikopterin dağla toqquşması olub.