
Rusiya ordusu Xarkovu növbəti dəfə atəşə tutub.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, şəhərin bir neçə yaşayış məntəqəsinə ballistik raketlərlə zərbəılər endirilib.
Qeyd olunub ki, nəticədə 25 nəfər yaralanıb.
Vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.
“Zərbələr nəticəsində bir neçə mağaza, ticarət mərkəzi, həyət evləri və avtomobillər yanaraq yararsız hala düşüb, şəhərin infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib”, - Sinequbov deyib.