Qəzzada 6 israilli girovun cəsədi tapıldı


Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında 6 israilli girovun cəsədi tapılıb.
Yeniavaz.com
xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Haqari onların İsrail Müdafiə Qüvvələrinin əraziyə gəlməsindən bir müddət əvvəl fələstinli radikallar tərəfindən öldürüldüyünü bildirib.
“Bir neçə saat əvvəl qurbanların ailələrinə məlumat verdik ki, onların yaxınlarının cəsədləri İsrail ordusu tərəfindən Rafahdakı yeraltı tuneldə tapılıb. İlkin qiymətləndirməmizə görə, onlar bizdən az əvvəl HƏMAS terrorçuları tərəfindən vəhşicəsinə öldürülüb”, - deyə o bildirib.
Haqarinin sözlərinə görə, cəsədlər bir neçə gün əvvəl daha bir israilli girov Fərhan əl-Qadinin xilas edildiyi tuneldən 1 km aralıda yerləşən tuneldə döyüşlər zamanı aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top