
Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquq şəxsin vakant olan direktor vəzifəsinə yeni təyinat verilib.
Yeniavaz.com xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə xəstəxananın baş həkim vəzifəsini icra edən reanimatoloq həkim Ülfət Qurbanov təyin olunub.
Qeyd edək ki, Ülfət Qurbanov bu vəzifədə bir müddət öncə işindən azad olunmuş direktor Faiq Abdullayevi əvəz edib.
Onun qarşıdakı günlərdə kollektivə təqdim olunacağı bildirilir.
Esmira Hidayətova, Mingəçevir