
Yaponiyada 2024-cü ilin ilk yarısında doğum səviyyəsi rekord həddə - 350 min uşaqla azalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə doğum səviyyəsi 5,7% azalıb. Bu rəqəm 1969-cu ildən bu cür statistika aparılmağa başlandıqdan sonra ən aşağı göstəricidir.
Qeyd olunur ki, göstəriciyə yaponların xaricdə doğulmuş uşaqları və Yaponiyada doğulmuş əcnəbilərin uşaqları daxildir. Doğum nisbətində azalma tendensiyası davam edərsə, o zaman ölkədə bir il ərzində ilk dəfə 700 mindən az uşaq dünyaya gələ bilər.