Qəzzada son 48 saatda 90-a yaxın fələstinli öldü


İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında Fələstin anklavında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 48 saat ərzində 90-a yaxın fələstinli ölüb, 200-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son iki gündə İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 89 nəfər ölüb, 205 nəfər yaralanıb”, - nazirlik bildirib.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatları nəticəsində ölənlərin sayı 40 691, yaralananların sayı 94 060 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top