
Rusiyanın Kamçatka yarımadasında “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri yoxa çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
“Kamçatkada “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopterinin təyinat yerinə çatmadığı barədə məlumat daxil olub”, - deyə əməliyyat xidmətlərindən bildirilib.
Məlumata görə, vertolyotun axtarışı üçün aviaşirkətin digər təyyarəsi havaya qalxıb.
"İtkin düşən vertolyot Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu ilə hərəkət edib", - əməliyyat xidmətinin nümayəndəsi qeyd edib.
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə 22 nəfər olub. “Kamçatka ərazisində “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8T helikopterinin axtarışı davam edir. İlkin olaraq helikopterdə 22 nəfər: 3 ekipaj üzvü və 19 sərnişin var”, - agentlik bildirib.