Yaponiya Müdafiə Nazirliyi 2025-ci il üçün rekord büdcə tələb etdi


Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün (2025-ci ilin aprelindən başlayır) rekord məbləğdə 8,54 trilyon yen (təxminən 58,9 milyard dollar) tələb edib ki, bu da cari illə müqayisədə 7,4% çoxdur.
Yeniavaz.com
xəbər verir ki, nazirlik bununla bağlı müvafiq sənəd dərc edib.
Sənəddə qeyd olunur ki, nazirlik pilotsuz uçan aparatların aktiv tətbiqi, uzaq mənzilli raketlər vasitəsilə zərbə potensialının artırılması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, kosmik və kibertəhlükəsizlik sahəsində imkanların artırılması da daxil olmaqla yeddi əsas istiqamətə diqqət yetirməyi planlaşdırır.
Sənədə görə, kiçik hücum dronlarına 3 milyard yen (təxminən 20 milyon dollar) xərclənməsi planlaşdırılır. Zərbə potensialını təmin etməli olan uzaq mənzilli raketlərin yaradılmasına isə 323,3 milyard yen (təxminən 2,23 milyard dollar) xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ildə Yaponiya hökuməti NATO modelinə uyğun olaraq müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2%-ə çatdırmağı nəzərdə tutan yenilənmiş milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Belə ki, baş nazir Fumio Kişida 2027-ci ildə müdafiə büdcəsinin 8,9 trilyon yen (62,2 milyard dollar) səviyyəsində maliyyələşdirilməsi barədə sərəncam verib.

DİGƏR XƏBƏRLƏR

Top