“F-16-nı səhvən özümüz vurmuşuq” – Radanın deputatı


“Ukraynaya verilən F-16 qırıcısı səhvən “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ali Radanın deputatı Maryana Bezuqlaya sosial şəbəkə hesabında yazıb.
“Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey “Moonfish” Mesyanın F-16 təyyarəsi bölmələr arasında koordinasiya pozulduğuna görə “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub”, - deputat yazıb.
Bezuqlaya Ukrayna Hərbi Hava Qüvvələrini yalan danışmaqda ittiham edib:
“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığında, eləcə də digər yüksək rütbəli hərbi qərargahlarda yalan mədəniyyəti ona gətirib çıxarır ki, hərbi qərarların idarə edilməsi sistemi düzgün, ardıcıl toplanmış analitika əsasında təkmilləşmir, əksinə Pokrovski istiqamətində baş verdiyi kimi pisləşir və hətta dağılır”.
Qeyd edək ki, bir müddət əvvəl Amerika rəsmisi “The Wall Street Journal”a Ukrayna ona verilən F-16 qırıcılarından birincisini itirdiyini təsdiqləyib. Eyni zamanda, Amerika hakimiyyətinin adı açıqlanmayan nümayəndəsi təyyarənin vurulmaması və qəzanın pilot səhvi ucbatından baş verdiyi barədə açıqlama verib. Daha sonra Ukrayna Hərbi Hava Qüvvələri pilot Mesyanın ölümünü təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı təyyarənin hava döyüşü zamanı qəzaya uğraması nəticəsində bir hərbçinin öldüyünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top