
Çində internet istifadəçilərinin ümumi sayı 2024-cü ilin iyun ayının sonuna yaxın 1,1 milyarda çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Çin Şəbəkə İnformasiya Mərkəzinin dərc etdiyi hesabatda qeyd olunub.
Məlumata görə, bu dövrdə bütün yeni internet istifadəçilərinin əsas hissəsini (49%-ni) 10-19 yaş arası gənclər təşkil edib.
Sənəddə göstərilib ki, Çin artıq 10-cu ildir ki, hökumətin yüksək səviyyəli domenlərinin sayına görə dünya liderliyini saxlamaqda davam edir. Belə ki, onların ilin ilk ayı üçün sayı 19,56 milyon (İnternetin Çin seqmentində qeydə alınmış bütün domenlərin ümumi sayının 61,4%-i) təşkil edir.
Qeyd olunub ki, Çindəki istifadəçilərin əksəriyyəti mobil cihazlardan istifadə edərək, internetə daxil olur. İlin ilk 6 ayının məlumatına görə, bütün Çində beşinci nəsil rabitəsinin (5G) standartı üçün mövcud olan baza stansiyalarının sayı 3,92 milyondur.