Durovun qardaşı Fransada axtarışa verildi


“Telegram”ın baş direktoru Pavel Durovun qardaşı və messencerin həmtəsisçisi Nikolay Durov Fransada axtarışa verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti məhkəmə sənədinin mətninə istinadla məlumat yayıb.
Qəzetin yazdığına görə, Fransa hakimiyyəti qardaşların həbsi üçün hələ 2024-cü il martın 25-də order verib.
“Politico”nun nəzərdən keçirdiyi sənəddə deyilir ki, messencer administrasiyası uşaqlara qarşı cinsi zorakılıqda şübhəli bilinən istifadəçinin müəyyən edilməsi ilə bağlı məhkəmə sorğusunu cavabsız qoyduqdan sonra mart ayında “Telegram”la bağlı araşdırma başlayıb.
Sənəddə həmçinin messencer administrasiyasının Fransa və Avropa hakimiyyət orqanlarından gələn bütün müraciətlərə məhəl qoymadığı qeyd edilib.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də axşam Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən düşərkən saxlanılıb. Sahibkar Fransaya Azərbaycandan gəlib. Fransa polisi “Reuters” agentliyinə bildirib ki, iş adamı “Telegram”da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top